Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Sentyabr, Cümə, Bakı vaxtı 06:28

Təyyarə okeana düşsə də ölən olmayıb (VİDEO)


Foto arxiv
İndoneziyanın Bali adasında yerə enən sərnişin təyyarəsi uçuş zolağının yaxınlığında okeana düşüb. Təyyarədə 101 sərnişin və 7 heyət üzvü olub. Ölən olmayıb, 15 nəfər xəstəxanaya götürülüb. Təyyarənin sahil zolağının bir neçə metrliyində suya düşməsi onun sərnişinlərini xilas etməsini asanlaşdırıb.

Yerli “Lion Air” şirkətinə məxsus Boinq -737 təyyarəsi Bandunqadan Denpasara uçurmuş.

Qəzanın səbəbi araşdırılır.İndonezyanın nəqliyyat naziri deyir ki, təyyarə ucuş zolağına çatmamış suya düşüb. Qəza vaxtı Denapasarda yağış yağırmış.


XS
SM
MD
LG