Keçid linkləri

2025, 05 Dekabr, cümə, Bakı vaxtı 04:06

Seul Pxenyanın raket hücumunun qarşısını almağa hazır olduğunu deyir


Foto arxiv
Foto arxiv
Cənubi  Koreya Şimali Koreyanın istənilən raket hücumunun qarşısını almağa hazırdır.

Bunu  bu gün jurnalistlər Cənubi Koreya müdafiə nazirliyinin sözçüsü Kim Min Seok deyib.

Cənubi  Koreya  kəşfiyyatının məlumatına görə Şimali Koreya özünün cənub sahilində 2 orta mənzilli balistik raket yerləşdirib.

ABŞ müdafiə naziri  Cak Heygel (Chuck Hagel) Şimali Koreyaya təhlükəli həddə çatdığını xəbərdarlıq edib.
O qeyd edib ki, Vaşinqton Cənubi Koreya və Yaponiya da daxil olmaqla özü və müttəfiqlərini qorumağa hazırdır.

Şimali Koreya bu günlərdə BMT təhlükəsizlik şurasının ona qarşı yeni sanksiyaları və Vaşinqtonla Seulun keçirdiyi birgə hərbi təlimlərə cavab olaraq Cənubi Koreya ilə barışıq müqaviləsindən çıxıb və onunla müharibə vəziyyətində olduğunu bəyan edib.
XS
SM
MD
LG