Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:47

“Yazı” dərgisinin yeni sayında sualtı rəsmlər


"Yazı" dərgisinin yeni sayı
"Yazı" dərgisinin yeni sayı
-

“Yazı” ədəbiyyat dərgisinin yeni sayı işıq üzü görüb.

Jurnalın nəsr bölməsində Aslan Quliyevin “Qızılquş və mən”, Azad Qaradərəlinin “Kuma-Manıç” çökəkliyi romanlarının son hissəsi, Alpay Azər, Güntay Gəncalp, Şahnaz Kamal və Alik Nağıoğlunun hekayələri çap olunub.

“Yazı”sevərlər bu sayda Sevinc el Sevər, Mahir Mehdi, Cavidan, Bəxtiyar Hidayət, İradə Aytel, Əli Şirin Şükürlü, Sərdar Amin, Esmira Məhiqızı, Sara Selcan və Avşar Eyvazın şeirlərini oxuya biləcəklər.

“Sözümüzün yiyələri” adı altında Ə. Haqverdiyevin “İt oyunu”, “Yazıçının arxivindən” rubrikasında Sabir Əhmədlinin “Gör-götür dünyası” hekayələri, “Ədəbiyyat söhbətləri”ndə isə yazıçı Kamal Abdulla ilə söhbət oxuculara təqdim olunur.

Güneyli yazarlar Məlihə Əzizpur və Ülkər Ucqarın şeirləri “Güney sovqatı” başlığıyla verilib.

Hər nömrədə olduğu kimi bu dəfə də gənclərə xüsusi yer ayrılıb. İlk addımlar adı ilə Arzu Hacıyeva, Taleh Eminoğlu, Günel Eyvazlı, Faiq Hüseynbəyli və Həmid Pirinin yazıları verilib.

Çevirmə başlığı ilə Volterin, Ç.Bukovskinin, M.Kunderanın (Araz Gündüz və Namiq Şamanın tərcüməsində) və başqalarının əsərləri dərc olunub.

Dərginin essestika bölümündə Niyazi Mehdi, Tehran Əlişanoğlunun, “Baxış bucağı”nda isə Seymur Baycanın yazıları yer alıb.

“Palirta” bölümü gənc Amerika rəssamı Erika Kreyqin sualtı rəsmlərinə həsr olunub.

“Yazı” dərgisinin yeni sayını “Azərmətbuatyayım”ın və “Metroservis”in köşklərindən əldə etmək mümkündür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG