Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:57

SOCAR-ın media layihəsinin gizlinləri


Mətbuat icmalı
Mətbuat icmalı
-

20 AİLƏNİN EVİ BULVARA QURBAN GEDİR

«Azadlıq» qəzeti yazır ki, indi də Nobel prospektindəki evlər sökülür. 20-dən çox ailənin məskunlaşdığı ərazidəki mənzillər bu dəfə Dənizkənarı Milli Parka qurban edilir. Artıq bir neçə mənzil yerlə-yeksan edilib:

«Ərazidə polislər gözə dəyirdi. Onlar fəhlələrə nəzarət edir, sökülən evlərin taxta-şalbanlarının daşınmasını əmr edirdilər. Sakinlər deyirlər ki, mənzillərinin sahəsi hesablanarkən hər kvadratmetr üçün 1000 manatlıq kompensasiya tam ödənilmir. Belə ki, qeyri-yaşayış sahələrinə görə, kompensasiyanın məbləği 700 manat müəyyənləşib. Vətəndaşları əsəbiləşdirən elə budur. Harada görünüb ki, qeyri-yaşayış sahəsinə görə kompensasiya az verilsin...».

SOCAR-IN MEDİA LAYİHƏSİNİN GİZLİNLƏRİ

«Bizim Yol» qəzeti Dövlət Neft Şirkətinin ATV-İnternational telekanalını alması haqda yazır. Qəzet yazır ki, bundan sonra ATV-İnternational SOCAR Media İctimai Birliyinin nəzdində fəaliyyət göstərəcək:

«Burdan məlum olur ki, ARDNŞ yeni bir QHT yaradıb – Media İctimai Birliyi. Şirkətin vitse-prezidenti Xaliq Məmmədov iddia edir ki, SOCAR Media İctimai Birliyinin ARDNŞ qarşısında hər hansı öhdəliyi yoxdur. Sadəcə qurum sosial layihə kimi fəaliyyət göstərəcək».

İqtisadçı Rövşən Ağayev qəzetə deyib ki, ARDNŞ-in telekanala sərf etdiyi vəsaitin xərc kimi gəlirlərindən çıxacağına diqqət çəkir: «Xərclərin azalması isə büdcəyə ödənilən mənfəət vergisinin azalması deməkdir. Məsələn, 1 ildə telekanala 5 milyon manat xərclənsə, büdcə 1 milyon manat mənfəət vergisi itirəcək».

NEMƏT PƏNAHLI ANASININ YASINA BURAXILMADI

17 saylı həbsxanada saxlanılan Nemət Pənahlının anası Sara Pənahlı aprelin 10-da vəfat edib. N. Pənahlının qardaşı Səməd Pənahlı «Yeni Müsavat»a açıqlamasında bildirib ki, anasının yasında iştirak etmək üçün ailəsi Ədliyyə Nazirliyinə müraciət edib: «Anam rəhmətə gedən kimi ailəsi Nemət Pənahlı ilə görüşməyə getdi. Bizə dedilər ki, məhbus özü müraciət etsə, yasda onun iştirakı təmin oluna bilər».
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə deyib ki, Milli Dövlətçilik Partiyasının hazırda həbsdə olan sədri Nemət Pənahlının anası Sara Pənahlının yas mərasimində iştirakına icazə verilməsi ilə bağlı heç bir məlumatları yoxdur.

M. Sadıqov bildirib ki, yas mərasimində iştirak etmək üçün məhkum cəza çəkdiyi müəssisənin rəisinə müraciət etməlidir: «Bundan sonra onun müraciətinə baxılır və qərar verilir».

«HƏR BIR AZƏRBAYCAN VƏTƏNDAŞI RÜSTƏM İBRAHİMBƏYOVUN YANAŞMASINA, MƏFKURƏSİNƏ NİFRƏT ETMƏLİDİR»

«Yeni Azərbaycan» qəzeti YAP-ın icra katibi Əli Əhmədovun müsahibəsini dərc edib.

«YAP sədrinin müavini çox təəssüf hissi ilə qeyd edir ki, belə bir adam öz ətrafına digər «ziyalıları» toplayıb siyasi proseslərə qoşulmaq niyyətindədir».

Əli Əhmədov deyir ki, «Azərbaycan vətəndaşlarının hər biri Rüstəm İbrahimbəyovun yanaşmasına, məfkurəsinə və təfəkkürünə görə ona nifrət etməlidir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG