Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:56

Nisbətən sərin hava şəraiti davam edəcək


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, aprelin 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi saniyədə 8-13 metr sürətlə əsəcək. Gündüz küləyin sürəti arabir 15 metrədək güclənəcək. Gecə 7-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Aprelin 13-də hava əsasən yağmursuz olacaq. Axşam havanın tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyi saniyədə 8-13 metr sürətlə əsəcək. Gündüz küləyin sürəti arabir 15-20 metrədək güclənəcək.
Gecə 6-9, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 12-13-də hava əsasən yağmursuz keçəcək. Lakin aprelin 12-də axşam və aprelin 13-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə küləyin sürəti arabir 15-20 metrədək güclənəcək. Gündüz 10-24 dərəcə isti olacağı gözlənilir. Aran rayonlarında 24 dərəcəyədək isti olacaq, bəzi yerlərdə isə temperatur 26 dərəcəyə kimi yüksələcək.

Dağlarda isə gündüz 9-18, gecə 0-6 dərəcə isti proqnozlaşdırılır.
XS
SM
MD
LG