Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 16:56

Avropa rəsmisi Azərbaycan və Türkmənistan qazından danışıb


Gunther Oettinger
Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Gunther Oettinger Avropanın Rusiya qazından asılılığını azaltmağın vacibliyini bəyan edib.

“APA-Economics”in xəbərinə görə, G.Oettinger bunu Almaniyanın bərpa olunan enerji mənbələrinə keçidi ilə bağlı Hannover şəhərində keçirilən forumda bildirib.

O, “Cənub dəhlizi” vasitəsi ilə Avropaya Azərbaycan və Türkmənistan qazının nəqlinə imkan yaradılmasının vacibliyini bildirib.

Oettinger qeyd edib ki, biz Rusiyanı bütün dünya üzrə “mavi yanacağın” topdan satıcısı kimi yox, öz qazının ixracçısı kimi görmək istəyirik.

Günün bütün mövzuları

XS
SM
MD
LG