Keçid linkləri

Təcili xəbərlər
2021, 30 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:01

Sarkisian and içib


Serzh Sarkisian
Bu gün Yerevanda prezident Serzh Sarkisyanın andiçmə mərasimi keçirilib.

Sarkisian Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinin qarşısında duran əsas məsələ olacağını deyib.

Rəsmi məlumata görə bu il fevralın 18-də keçirilmiş prezident seçkisində Sarkisian, 58 faizdən bir qədər artıq, onun əsas rəqibi, keçmiş xarici işlər naziri Raffi Hovanisian isə 37 faiz səs toplayıb.

Hovanisian seçkinin nəticələrini tanımır.
AzadlıqRadiosu erməni xidmətinin məlumatına görə, o Yerevandakı “Azadlıq” meydanında minlərlə tərəfdarı qarşısında alternativ mərasim keçirib, kütlə qarşısında and içib və Sarkisianın mərasiminin qanunsuz olduğunu bəyan edib.
XS
SM
MD
LG