Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:30

Gəncənin 4 min yaşlı Zurnabad ərazisi


Gəncə şəhəri
Gəncə şəhəri
-

Gəncənin ən qədim hissəsi Zurnabad ərazisidir və 4000 yaşı var.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Elmi Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə məlumat verib. Bildirib ki, Gəncənin yaşını ABŞ-ın Smithson İnstitutu araşdırıb.

Samir Pişnamazzadə deyir ki, Zurnabaddakı qala divarının daşlarını bir-birinə birləşdirən yapışdırıcı maddədən nümunə götürülərək, Smithson İnstitutuna kimyəvi analizə göndərilib: «Smithson İnstitutunun kimyəvi analiz laboratoriyasının nəticəsinə əsasən, Gəncənin 4000 il yaşının olması dəqiqləşib».

Azərbaycanda Gəncənin yaşı ilə əlaqədar ilk tədqiqatlar arxeoloq İsaq Cəfərzadə tərəfindən aparılıb.
XS
SM
MD
LG