Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:04

Məşhur romanın əlyazması 250 min dollara hərraca çıxarılır


Truman Capote
Truman Capote
-
Truman Capote-nin məşhur «Tiffanidə səhər yeməyi» (Breakfast At Tiffany's) romanının makinada yazılmış və müəllifin düzəlişləri olan mətni «RR Auctions» Hərrac Evinin düzənlədiyi auksiona çıxarılacaq.

Hərrac Evinin saytının yaydığı xəbərə görə, auksion ABŞ-ın Nyu-Hempşir ştatında aprelin 18-dən 25-dək keçiriləcək.

Əlyazmanın ilkin qiyməti 10 min dollar nəzərdə tutulub.

Associated Press bu rəqəmin ən azı 250 min dollara qalxacağını proqnozlaşdırıb.
Müəllif romanın 84 səhifəlik mətnini çoxlu düzəlişlərlə 1958-ci ildə «Random Houses» nəşriyyatı üçün hazırlamışdı.

Bu düzəlişlər arasında baş qəhrəmanın adının dəyişdirilməsi də diqqət çəkir. İlk variantda Connie Gustafson adlanan baş qəhrəman bu variantda hamının tanıdığı Holly Golightly olub.

İlk səhifədə yazıçı öz əliylə romanın adını da yazıb .

Roman 1958-ci ildə «Random House» nəşriyyatında nəşr olunub.

Əvvəlcə romanın nəşr hüququnu 2 min dollara «Harper's Bazaar» jurnalı alıb və sonradan ondan imtina edib.

Jurnal bu imtinanı romanın qəhrəmanının yaraşmaz həyat tərzinə və normadan kənar leksikonuna görə etdiyini bildirib.

1958-ci ilin noyabrında romanının nəşr hüququnu «Esquire» jurnalı satın alıb.
Beləliklə, «Random House» nəşriyyatıyla «Esquire» jurnalı əsəri eyni vaxtda təqdim edib.

1961-ci ildə romanı rejissor Blake Edwards ekranlaşdırıb.

Audrey Hepburn-nin baş rolda oynadığı film Amerikan kinosunun klassiklərindən birinə çevrilib.

Filmdə Audrey Hepburn-nin oxuduğu «Moon river» mahnısı (bəstəkar Henry Mancini) ilin ən yaxşı mahnısı seçilib və «Oscar» alıb.

Bu mahnı XX əsrin sevilən mahnılarından olub.

Onu şöhrətli müğənnilər oxuyub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG