Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:12

Yeni araşdırmaya görə, heyvan əti insan ürəyinə ziyandır


Yeni araşdırmaya görə, heyvan əti insan ürəyinə ziyandır.

ABŞ-ın bir neçə universitetində aparılan araşdırmaya görə, heyvan ətində karnitin adlı amin turşusu var, bu da ürək xəstəlikləri riskini artırır.

Karnitinin insan mədəsində çevrildiyi maddə xolesterolun artmasına, ateroskleroza, damarların daralmasına gətirir.

Karnitin mal-qara, quzu, ördək və donuz ətində tapılıb.

Araşdırma Nature Medicine jurnalında çap olunub və xəbərdarlıq edilir ki, karnitin bəzi enerjili içkilərdə də aşkar olunub.
XS
SM
MD
LG