Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:09

Mandela evə buraxılıb


Nelson Mandela
Nelson Mandela
Keçmiş Cənubi Afrika prezidenti Nelson Mandela bu gün xəstəxanadan evə buraxılıb.

94 yaşlı Mandela 10 gün idi ki, ağ ciyər iltihabından müalicə olunurdu.
O evdə müalicəni davam etdirəcək.

Mandela ötən ilin dekabrından bu yana 3-cü dəfədir ki, xəstəxanaya düşüb.
Nobel sülh mükafatçısı və hüquq müdafiəçisi Nelson Mandela 27 il həbsdə yatıb.

1990-cı ildə azadlığa çıxıb, 1994-cü ildə keçirilən prezident seçkisində isə qalib gələrək, Cənubi Afrikada ilk qaradərili prezident olub.
XS
SM
MD
LG