Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:25

Əfqanıstan müharibəsi veteranları dinc aksiya keçirib - [Video]


Əfqanıstan savaşı veteranlarının etirazı
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Əfqanıstan savaşı veteranlarının etirazı

-
Aprelin 5-də keçirilən aksiyaya Azərbaycanın müxtəlif bölgələrindən gələn veteranlar qatılıblar. Onlar dövlət məmurlarının ögey münasibətindən, sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün heç bir addım atılmadığından şikayətçidirlər.

Əfqanıstan savaşı veteranları Sovetlər dönəmində verilən vəsiqələrinin dəyişdirilməsini, mənzillə, əlil ailələrininsə maşınla təmin edilməsini, müayinə və müalicə xərclərinin ödənilməsini tələb ediblər.

Əfqanıstan Veteranları İctimai Birliyi idarə heyətinin üzvü Arif Əsgərov sosial problemlərinin həlli üçün dövlət qurumlarına müraciətlərinin nəticəsiz qaldığını vurğulayıb:

“Pensiyalarımız azdır. Mənzil məsələmiz həll olunmayıb. Əfqanıstan veteranların övladlarına ali təhsilin ödənişsiz olması, dərman pereparatlarının pulsuz verilməsi barədə dəfələrlə Milli Məclisə, Nazirlər Kabinetinə, Prezident Aparatına, çox sayda dövlər məmuruna üz tutsaq da, ölçü ötürmür”.

Aksiyada çıxış edən başqa veteranlar öz problemlərini dilə gətirdilər.
Veteran Alxan Ağayev:

“Hansı məmurun qəbuluna gedirəmsə, ancaq 3 saat danışandan sonra mənim müharibə veteranı olduğumu anlayır. Bundan sonra mənə qapını göstərib çıxmağımı əmr edir. Bütün bunları görən övladıma mən hansı vətənpərvərlikdən danışım?”.

Qubadan gəlmiş veteran Xanlar Bağırov:

“2-ci qrup əliləm. Nə müalicə görürəm, nə də digər qayğı. 30 manat müavinət alırdım, onu da kəsiblər. Zibil tullamaqla ailmi dolandırıram. Əfqanıstan veteranına yaraşar bu?”.

Veteran İntiqam Məmmədov:

“Mən neynirəm 33 manat pulu, o nəyə çatacaq? Pensiyamızı artırsınlar, hüquqlarımızı tanısınlar, evlə təmin etsinlər. Avroviziyaya milyonlarla pul ayırmışdılar. Heç olmasa, bir az bizə də ayırsınlar. Neftdən bizə də pul ayırsınlar bir az”.

Aksiyayaçıların nümayəndələrini Prezident Admnistrasiyasında qəbul ediblər. Əfqanıstan Veteranları İctimai Birliyi sədrinin müavini Əbülfət Hüseynov da qəbula qatılanlar sırasında olub: “Bizi Süleyman müəllim qəbul etdi. Söz verdi ki, müraciətimizi prezidentin stolunun üstünə qoyacaq, o da imzalayacaq”.

O, daha sonra Prezident Admnistrasiyasına bundan əvvəlki gəlişlərində də eyni cavab aldıqlarını bildirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG