Pakistanda Ali Məhkəmə keçmiş president Pervez Musharraf-a qareşı vətənə xəyanət ittihamının araşdırılmasına başlayır. Ali Məhkəmənin rəhbəri prosesin aprelin 8-də keçiriləcəyini bildirib.
Ali Məhkəmənin sədri Musharraf-in 2007-ci ildə tətbiq etdiyi fövqəladə vəziyyətə görə araşdırmaya başlamağı tapşırıb.
Pervez Musharraf martın 24-də son illər mühacirətdə yaşadığı Britaniyadan vətəninə dönüb. O, mayın 11-də keçiriləcək parlament seçkisində iştirak etmək niyyətindədir.
Keçmiş president buna qədər də 2007-ci ildə ölkənin keçmiş Baş naziri Benazir Bhutto-ya qarşı sui-qəsdə və 2006-cı ildə etnik bəluc liderin ölümünə görə məhkəmələrə çəkilib.