Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:42

Ofşorlarda azı 21 trilyon dollar pul yatır


Arxiv foto
Arxiv foto
-
Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (BAJK) baş redaktoru Michael Hudson Azadlıq Radiosuna deyir:

“Bizim aşkar etdiyimiz nə idi? Vircin Adalarında 2008-ci ildə 3 şirkət Azərbaycan prezidenti İlham Əliyevin qızlarının adına yaradılıb. O vaxt onların 19 və 23 yaşları vardı. Sənədlərdə bu şirkətlərin direktorunun adı Həsən Gözəl kimi göstərilirdi.”

Dünyanı bir-birinə vuran araşdırma haqda isə Hudson deyib: “Biz ofşor xidmətləri göstərənlərdən 2 milyon 500 min məxfi məlumat faylını ələ keçirdik. Bunlar 120 min ofşor şirkətin sirlərini açır.Bizim əlimizdə siyasətçilərin, meqa varlıların əməlləri haqda sənədlər var”.

Bu deyilənlərə bircə onu əlavə edək ki, 120 min - araşdırmada üzə çıxarılan ofşor şirkətlərin sayıdır.
Şəxslərin sayı isə 130 mindir. Onlardan 4 mini amerikalıdır.

Nyu York Times qəzeti yazır ki, Vaşinqtonda qərarlaşan BAJK “bir zərbə ilə 21 trilyon dollar məbləğində qiymətləndirilən ofşor pullarının məxfiliyində böyük bir deşik açdı”.

BAJK-ın araşdırmasında 170 ölkənin siyasətçiləri, biznes liderlərinin adı çəkilir.


Bidzina Ivanishvili
Bidzina Ivanishvili
Adı çəkilən vəzifəlilərdən biri Gürcüstanın baş naziri İvanishvilidir. 2006-2009-cu illərdə Vircin adalarındakı şirkətinin direktoru olub. Şirkəti Panamadakı vasitəçi ilə idarə edib.

Araşdırmada hər bir şəxsin adı altında onun bu araşdırmada deyilənlərə reaksiyası yerləşdirilib.

Cavab vermək istəməyən İlham Əliyev ailəsindən və Həsən Gözəldən fərqli olaraq İvanishvili araşdırmada deyilənlərə cavab verib.

İvanishvilinin sözçüsü bildirib ki, İvanishvili hər şeyi qanuna uyğun edib. 2011-2012-ci illərdə İvanishvilinin şirkətdə payı və gəliri olmayıb və buna görə də maliyyə hesabatı vermək öhdəliyi də olmayıb”.


Muxhtar Ablyazov, BTA bankın ex-prezidenti
Muxhtar Ablyazov, BTA bankın ex-prezidenti
Araşdırmada başqa “tanınmış” - Qazaxıstandan olan bankir və siyasətçi Muxtar Ablyazovdur. Ablyazov Qazaxıstanın dövlət bankından 5 milyard dollar oğurlamaqda ittiham olunur.

Britaniya mediası bunu tarixdə ən böyük bank oğurluğu adlandırır.


Araşdırmaya görə, Ablyazov cəmi 2 ildə - 2006-2007-ci illərdə, cəmi bir yerdə - Vircin adalarında düz 31 ofşor şirkət açıb.
XS
SM
MD
LG