Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:10

Çexiya prezidentinin iqamətgahında ilk dəfə Avropa Birliyinin bayrağı qaldırılıb


Foto arxiv
Foto arxiv
Çexiya prezidentinin iqamətgahı üzərində ilk dəfədir ki, Avropa Birliyinin bayrağı qaldırılıb.

Beləliklə yeni prezident Milos Zeman Avropanın bürokratik strukturlarını tənqidlə yadda qalan keçmiş prezident Vaslav Klausun ənənəsini pozub.
Çexiya 2004-cü ildən Avropa Birliyinin üzvü olsa da keçmiş prezident Klaus birliyin bayrağını rəsmi iqamətgahı üzərində qaldırmaqdan imtina edirdi.

Bu gün keçirilən mərasimdə Avropa Komissiyasının rəhbəri Jose Manuel Barroza da iştirak edib.
Mərasim vaxtı onlarla fəal sarayın ərazisində etiraz aksiyası keçirib, Avropa Birliyi əleyhinə şüarlar səsləndiriblər.
XS
SM
MD
LG