Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:38

Silah ticarəti razılaşması BMT-də təsdiq olundu



BMT Baş Assambleyası beynəlxalq silah ticarətinə dair razılaşmanı təsdiq edib. Aprelin 2-də keçirilən səsvermədə 193 üzv ölkədən 154-ü sənədin lehinə, 3-ü əleyhinə səs verib. Rusiya da daxil olmaqla 23 dövlət isə bitərəf qalıb.

Bu sənəd 10 ildən çox idi ki, BMT-də müzakirədə idi. İnsan haqları fəalları və bəzi dövlətlər onun qəbulu üçün lobbiçilik edirdilər. Razılaşma silahın terrorçu qrupların, üsyançılar və cinayətkarların əlinə düşməməyi üçün dövlətlərdən xüsusi nəzarət mexanizmi tətbiq etməyi tələb edir.
XS
SM
MD
LG