Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 18:39

İran səfirliyi Bakıdakı konfransa etiraz edir


Arxiv foto
Arxiv foto
-
“İranın Azərbaycandakı səfirliyi “ Azərbaycan Milli Azadlıq Cəbhəsi” adını daşıyan qruplaşmanın dəvətilə irqçi və separatçı ünsürlərin 30 mart tarixində Bakıda keçirdikləri anti-İran toplantısını pisləyib”.
Səfirliyin adından yayılan məlumatda belə deyilir. Səfirliyin mətbuat xidmətinin sədri Seyid Məhəmməd Ayətullahi deyib ki, İran bununla bağlı narahatlığını rəsmi surətdə Azərbaycan hökumətinə bildirəcək. Onun sözlərinə görə, Tehran Bakı ilə dostluq münasibətlərinin möhkəmləndirilməsinə yönəlik siyasət aparır və Azərbaycanın daxili işlərinə qarışmır. Ancaq “anti-iran ünsürlər Azərbaycanda təhqiredici və düşmən hərəkətlərdə bulunaraq İrana qarşı əsassız ərazi iddiası irəli sürüblər”.
APA “Radiofərda”ya istinadla deyilir ki, artıq bununla bağlı İran Azərbaycan hökumətinə nota verib. Eyni zamanda, martın 31-də Azərbaycanın Tehrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran xarici işlər nazirinin müavini Abbas Əraqçinin səfirə verdiyi etiraz məktubunda Azərbaycan dövlətinin bu tədbirin keçirilməsinin qarşısının alınması üçün lazımi tədbir görməməsi bildirildiyi də deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyindən isə AzadlıqRadiosuna bildiriblər ki, səfirin nazirliyə çağrılması haqda məlumat dəqiqiləşdirilir. Bu haqda yaxın saatlarda məlumat veriləcək.
Martın 30-da Bakıda “ Azərbaycan Milli Azadlıq Cəbhəsi”nin təşəbbüsü ilə “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilib. Konfransda səslənən fikirlərdən biri belə olub: “Azərbaycan Respublikasının Güney Azərbaycanla bağlı milli strategiyası hazırlanmalıdır” və belə strategiyanın olmaması kəskin tənqid edilib.
Tədbirdə Milli Məclis deputatları, ictimai-siyasi xadimlər, partiya təmsilçiləri, ekspertlər iştirak ediblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG