Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 07:51

Türkiyədə Orxan Fikrətoğlunun ssenarisi əsasında film çəkiləcək


Orxan Fikrətoğlu
Orxan Fikrətoğlu
-

"Türk Film Yapımcıları Meslek Birliği" azərbaycanlı yazıçı Orxan Fikrətoğlunun “Müjdə” ssenarisi əsasında film çəkəcək.

Birliyin rəhbəri Qalib Gültekin bildirib ki, film Azərbaycanla bağlı olduğuna görə əgər istəsələr Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Kino İdarəsi və ya hər hansı prodüser mərkəzi bu layihəyə qatılıb maddi dəstək də verə bilər.

Filmin çəklişlərinə növbəti ildən başlanılacaq.

Xatırladaq ki, hazırda O.Fikrətoğlunun “Tək” adlı ssenarisi əsasında da Türkiyədə film çəkilir.


O.Fikrətoğlunun ssenari müəllifi olduğu son filmlərdən - "Qanadlarına sığal çək"
XS
SM
MD
LG