Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:36

Əfqanıstan prezidenti Qətərə gedib


Hamid Karzai
Hamid Karzai
Əfqanıstan prezidenti Hamid Karzai bu gün Qətərə yollanıb.

O ölkə rəhbərliyi ilə Əfqanıstan sülh prosesi, Talibanın bu ölkədə rəsmi ofisinin açılması və ikitərəfli münasibətləri müzakirə edəcək.

Bu barədə AzadlıqRadiosunun əfqan xidmətinə Karzainin mətbuat katibi Aimal Faizi məlumat verib.
Onun sözlərinə görə danıçıqlarda əsas diqqət Əfqanıstan sülh prosesi və sülh danışıqlarında kimlərin iştirakına yönəldiləcək.

Hamid Karzai bu yaxınlarda Birləşmiş Ştatları Talibanla birtərəfli danışıqlara getməkdə ittiham edib.
Prezident hesab edir ki, Talibanla istənilən sülh danışığına onun təyin etdiyi nümayəndələr rəhbərlik etməlidir.
XS
SM
MD
LG