Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:01

Ərçivanda bir əlində qələm, bir əlində bel tutan Əli müəllim - [Video]


Ərçivanda bir əlində qələm, bir əlində bel tutan Əli müəllim
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Ərçivanda bir əlində qələm, bir əlində bel tutan Əli müəllim

-
BİR MÜƏLLİMİN PORTİRETİ...
Astara rayonun Ərçivan kənd 2 saylı orta məktəbin tarix müəllimi Əli Əliyevlə bazar günü məktəbdə görüşdük. Əli müəllim ali məktəbə dərsdən əlavə şagird hazırlayır. Hazırlıqda az qala bir sinif qədər uşaq var idi. Sinifdə qoyulan odun sobası diqqətimizi cəlb etdi. Məktəbin dəhlizində və siniflərdə keçmiş prezident Heydər Əliyevin portretləri və divara vurulmuş sözləri əks olunurdu. Məktəbin girəcəyində isə bu sözlər yazılmışdı:
«Müəllim dünyada yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini, uşaqların tərbiyyəsini yalnız ona etibar edir» ( Heydər Əliyev).
Əli müəllim deyir ki, məktəbdə 400-dən çox şagird təhsil alır, 70-ə qədər müəllim çalışır. O qeyd edir ki, 30 illik pedaqoji fəaliyyəti var:
«7-8 İLDİR Kİ, MƏKTƏBİN İSTİLİK SİSTEMİ YOXDUR»
Astara rayonun Ərçivan kənd 2 saylı orta məktəbi
Astara rayonun Ərçivan kənd 2 saylı orta məktəbi
«Məktəbimiz dəfələrlə birinci yerdə olub, idman sahəsində, təhsil sahəsində, ali məktəblərə qəbul olunan şagirdlərin sayına görə. Son illərdə məktəbimizdə bir sıra problemlər yaşanır. Məktəb 2002-ci ildə tikilib istifadəyə verilib. Lakin 2 il sonra məktəbin istilik sistemi sıradan çıxıb. 7-8 ildir ki, məktəbin istilik sistemi yoxdur. Bu da qış fəslində dərsin davamiyyətinə, təhsilin keyfiyyətinə ciddi təsir göstərir».
Əli Əliyevin bildirdiyinə görə, sinifləri qızdırmaq üçün odun sobasından istifadə olunur. Yenidən 20-ci əsrə qayıdıblar. O deyir ki, bu həm şagirdlər ,həm valideynlər, həm də müəllimlər üçün çətinliklər yaradır:
«BU YOXSULLUQ HƏDDİNDƏN DƏ AŞAĞI YAŞAMAQ DEMƏKDİR»
«Müəllim demək olar ki, əmək haqqı ilə təmin olunmur. Maksimum dərs saatı 24 saatdır. 24 saat dərs deyən müəllim sinif rəhbəri olmaq şərti ilə 300 manata qədər maaş alır. Bu isə ailənin maddi tələbatını minimum səviyyədə ödəmir. Bu yoxsulluq həddindən də aşağı yaşamaq deməkdir. Əgər əmək haqqının 50 faizi ərzağa xərclənirsə, bu ailə yoxsulluq həddində yaşayır. Əmək haqqının hamısını demək olar ki, ərzağa xərcləyirik. Bu da 5 nəfərlik ailənin tələbatını ödəmir. Bu sübut edir ki, bizim yaşayışımız yoxsulluq həddindən qat-qat aşağıdır».
Əli müəllimin sözlərinə görə, təhsilin keyfiyyətli olmasının ən başlıca şərti əmək haqqının artırılmasıdır. O deyir ki, cəmiyyət öz övladlarını müəllimə etibar edir, lakin onun haqqını vermir. Nəticədə müəllim əlavə qazanc əldə etmək üçün yollar axtarır:
BOŞ VAXTLARDA TƏSƏRRÜFATLA MƏŞĞUL OLAN MÜƏLLİM
«Boş vaxtlarımızı istirahət əvəzinə, yaradıcı sürətdə öz işimizə yanaşmaq əvəzinə gedib təsərrüfatda işləyirik. Gün ərzində 12-13 saat, bəlkə də bir az da çox işləyirəm. Birinci növbədə dərs deyirəm, ikinci növbədə fərdi sürətdə şagird hazırlayıram, repitoturluq edirəm. Boş vaxtlarda təsərrüfatla məşğul oluram. Axşamlar da ki, şagirdlərin ev tapşırıqlarını yoxlayıram. Təbii ki, bu da bizdə həm zehni həm də fiziki problemlər yaradır».
Əli Əliyev bağda çalışarkən
Əli Əliyev bağda çalışarkən
Müəllim deyir ki, istirahətə, insanlarla ünsiyyətə girib kəndin müəyyən məsələlərini həll etməyə vaxt qalmır. Beləcə tədricən cəmiyyətdən uzaqlaşırlar. Əvvəllər söz sahibi olan müəllim indi öz ailəsini dolandıra bilməyən bacarıqsız bir adam təsiri bağışlayır:
«BİZİM ƏN BÖYÜK ARZUMUZ İSƏ...»
«Aylıq əmək haqqı ilə dolana bilməyən, ailəsinin minimum tələbatını ödəyə bilməyən, uşaqların gələcəyini dumanlı görən müəllim özgə uşağına yaxşı dərs deyə bilməz. Bizim ən böyük arzumuz isə məhz bu uşaqların gələcəyidir, onların xoşbəxtliyidir. Bu uşaqların əksəriyyəti ali məktəb pullu olduğuna görə təhsildən yayınır, ailə vəziyyəti, maddi vəziyyəti pis olduğu üçün onların yuxarı siniflərdə artıq dərs davamiyyəti korlanır. Əslində təhsildən uzaqlaşırlar».
Əli Əliyev deyir ki, ali təhsil alıb kəndə gələnlər də çətinliklərlə rastlaşırlar. Onlar iş tapa bilmir. Kəndə işsizlərin sayı ildən ilə artır:
Əli Əliyev
Əli Əliyev
«Təhsil alan şagirdlərin böyük bir qismi əllərində diplom işlə təmin olunmurlar. Pedaqoji fəaliyyətə gələnlər ali məktəbdə 4-5 il oxuyandan sonra imtahan verməlidirlər, iş yerləri ilə təmin olunmaq üçün çox problemlərlə üzləşirlər. Əksəriyyəti işsiz qalır».
Əli Əliyev söhbətmizin sonunda mərhum prezident Heydər Əliyevin müəllimlər barəsində dediklərini yada salır:
«Ulu öndərmizin belə bir kəlamı vardır ki, cəmiyyət öz övladlarının gələcəyini müəllimlərə etibar edir. Əgər cəmiyyət öz gələcəyini yalnız müəllimə etibar edirsə deməli müəllim də cəmiyyətdə öz yerini tapmalıdır».
Əli müəllim bu söhbətdən sonra kələkötür kənd yolu ilə evə tələsir.
Qarşılaşdığı həmkəndliləri ilə tələsik görüşür, tez də yoluna davam edir. Əli müəllim deyir ki, həyətyanı təsərrüfatda görüləsi işləri çoxdur.Yazın gəlşi onun işini bir az da artırıb. Növbəti qışın ruzisinin bünövrəsi yaz aylarında qoyurlar. Əli Əliyevin fikrincə müəllim yazın işini görməsə qışda çətinlikləri çox olacaq.
XS
SM
MD
LG