Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:12

Məmməd Arazla bağlı müsabiqə (Baş mükafat 2000 manat)


Məmməd Araz
-

“Kaspi” qəzeti görkəmli şair Məmməd Arazın bu il keçiriləcək 80 illik yubileyi ərəfəsində şairin irsinin təhlilinə yönələn bədii-publisistik yazı müsabiqəsi elan edir.

Müsabiqəyə təqdim oluna yazılar münsiflər tərəfindən qiymətləndirildikdən sonra əvvəlcə “Kaspi” qəzetində dərc olunacaq, daha sonra isə şairin yubileyi ərəfəsində çıxacaq kitaba daxil ediləcək. Müsabiqəyə şairlə bağlı xatirələr, bu vaxta kimi dərc olunmamış şeirləri də qəbul olunur.

Aprelin 1-dən start götürən müsabiqəyə yazıların qəbulu sentyabrın 1-nə kimi davam edəcək.

Müsabiqədə I yerin sahibinə 2000 manat, II yeri (2 mükafat) tutanların hər birinə 1000 manat, III yeri (3 mükafat) qazananların hər birinə isə 500 manat məbləğində pul mükafatları təqdim olunacaq.

Məqalələr “Kaspi” qəzetinin elektron ünvanına göndərilə və ya müəlliflər tərəfindən şəxsən təqdim oluna bilər.

"Media forum"
XS
SM
MD
LG