Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:40

Cırtdan Maşagilə qonaq gəlir


«Maşa və Ayı» tamaşası
«Maşa və Ayı» tamaşası
-
Martın 28-i və 29-da saat 13.00, 15.00, 17.00-də Akademik Milli Dram Teatrında «Maşa və Ayı» tamaşası nümayiş olunacaq.

Xəbəri AzadlıqRadiosuna teatrın mətbuat katibi Elçin Cəfərov verib.

«Multi-Pulti dünyası» teatrı «Maşa və ayı» tamaşasını lisenziya əsasında hazırlayıb və Qafqazda rəsmi tərəfdaşlıq hüququna malikdir.

Bu layihə silsilə xarakteri daşıyır və gələcəkdə də davam etdiriləcək.

Hazırda nümayiş olunan seriya «Arzular çin olur» adlanır.

Teatr layihəsinin birinci mərhələsi Gürcüstanın Tbilisi, Kutaisi və Batumi şəhərlərində həyata keçirilib.

Gürcüstanda tamaşa 56 dəfə oynanılıb və 28556 nəfər tərəfindən izlənilib.

Xəbərdə vurğulanır ki, Bakıda nümayiş olunacaq tamaşa Azərbaycan tamaşaçıları üçün məxsusi hazırlanıb və Novruz bayramına həsr olunub.

Tamaşanın qəhrəmanı – uşaqların sevimlisi dəcəl Maşa Bakıdan onlara qonaq gəlməsini arzulayır və onun arzusu çin olur.

Azərbaycan folklorunun ən məşhur personajı Cırtdan Maşagilə qonaq gəlir. Cırtdan Maşaya Novruz bayramı haqqında danışır, bayram şirniyyatlarının hazırlanma qaydasını öyrədir. Onlar birlikdə paxlava bişirir, yumurta boyayır, çox əylənirlər.

Məşhur cizgi filminin motivləri əsasında hazırlanan uşaq tamaşasında azərbaycanlı və gürcü aktyorlar çıxış edir. Tamaşanın quruluşçu rejissoru Qoça Kviçadır. Rolları Maka Tsintsadze (Maşa), Amiran Buidze (Ayı), Niko Kakabadze (Canavar), Tamuna Bedianaşvili (Qartopu), Elnur Əliyev (Cırtdan) və Toğrul Kamalov (Şaxta baba) ifa edirlər.

Tamaşa Azərbaycan dilində oynanılır. Maşa rolunu Əməkdar artist Məsmə Aslanqızı, Ayını Elnar Qarayev, Canavarı Hikmət Rəhimov, Şaxtababanı Toğrul Kamalov, Cırtdanı Elnur Əliyev səsləndirir.

Biletlər hər gün saat 10.00-dan 19.00-a qədər YUĞ Dövlət Teatrının kassalarında M.Muxtarov 83 (keçmiş Poluxin küçəsi, Akademik Milli Dram Teatrının arxasındakı bina) satılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG