Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:50

Rusiya səfirliyi Berezovskynin ölümüylə bağlı bəyanat verəcək


U.K. -- Russian tycoon Boris Berezovsky walks into the High Court in central London, 08Feb2010
U.K. -- Russian tycoon Boris Berezovsky walks into the High Court in central London, 08Feb2010
Rusiyanın Böyük Britaniyadakı səfirliyi bazar ertəsi Boris Berezovskynin ölümüylə bağlı bəyanat verməlidir.

Bu barədə İtar-Tass agentliyi səfirliyin nümayəndəsinə istinadla xəbər verir.

Britaniya polisinin məlumatına görə, Berezovskynin evində elə bir radiaktiv və ya kimyəvi maaddənin əlamətləri aşkar edilməyib.

Berezovsky dünən Londondonun 40 kilometrliyində yerləşən Ascot kəndindəki evinin hamamında ölü tapılıb.
Ölümün səbəbi hələ ki, bəlli deyil.

İş adamı və siyasətçi Rusiyanı 2000-ci ildə tərk edib və Böyük Britaniyadan siyasi sığınacaq alıb.
O vaxtaşırı Rusiya prezidenti Vladimir Putini tənqid edirdi.

Boris Berezovsky Rusiyada axtarışda idi. Onun haqqında dövlət əmlakını mənimsəmə ittihamı ilə qiyabi həbs qərarı çıxarılmışdı.

Ən yaxın adamları belə son aylar onunla əlaqə saxlaya bilməmədiklərini deyirlər.
XS
SM
MD
LG