Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:19

Berezovsky-nin evində elə bir şübhəli iz aşkar edilməyib


 Boris Berezovsky
Boris Berezovsky
Rusiyalı iş adamı Boris Berezovskynin evində elə bir radiaktiv və ya kimyəvi maaddənin əlamətləri aşkar edilməyib.
Bu barədə Britaniya polisi məlumat verib.

Berezovsky dünən Londondonun 40 kilometrliyində yerləşən Ascot kəndindəki evinin hamamında ölü tapılıb.
Ölümün səbəbi hələ ki, bəlli deyil.

İş adamı və siyasətçi Rusiyanı 2000-ci ildə tərk edib və Böyük Britaniyadan siyasi sığınacaq alıb.
O vaxtaşırı Rusiya prezidenti Vladimir Putini tənqid edirdi.

Boris Berezovsky Rusiyada axtarışda idi.
Onun haqqında dövlət əmlakını mənimsəmə ittihamı ilə qiyabi həbs qərarı çıxarılmışdı.

Son vaxtlar Berezovsky-nin sərvətinin kəskin azaldığı bildirilirdi.
Son aylar ən yaxın adamları belə onunla əlaqə saxlaya bilmədiklərindən şikayətlənirdilər.
O Londondakı ofisini bağlamış, bir sıra bahalı əmlakını hərraca çıxarmışdı.
XS
SM
MD
LG