Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:57

1 milyon dollarlıq "Yəhudi Nobel"i təsis olundu


Elie Wiesel
Elie Wiesel
-

Tanınmış yəhudi yazarı, Nobel mükafatçısı Elie Wiesel ilk dəfə olaraq təsis edilən "Yəhudi Nobeli"nə dəstək verib və təşəbbüs komitəsinə qoşulub.

Dəyəri 1 milyon dollar olar illik mükafat dünyada ad çıxarmış, öz xalqının yeni nəsli üçün örnəyə çevrilmiş yəhudi əsilli peşəkarlara veriləcək.

Məqsəd dünyanın müxtəlif yerlərində yaşayan yəhudilər arasında əlaqələri möhkəmlətmək, onların ortaq mədəni və inanc dəyərlərinə dəstək verməkdir.

Mükafat əslində "Genesis" adlanır. Onu "Time" jurnalı öz məqaləsində "Yəhudi Nobel"i adlandırıb.

İndiyəcən İsrail Üçün Yəhudi Agentliyinin rəhbəri Natan Scharansky, Britaniyanın baş ravvini Jonathan Sacks, israilli millət vəkili Yuli Edelstein kimi tanınmış şəxslər də təşəbbüs komitəsinə qoşulublar.

Belə bir təşəbbüslə "Genesis" Filantrop Qrupu, İsrailin baş nazirinin ofisi və İsrail Üçün Yəhudi Agentliyi çıxış etmişdi.

Dünya əhalisinə nisbətdə götürəndə, sayları az olsa da, tarix boyu yəhudilər dünya mədəniyyəti və elminə böyük töhfələr vermişlər.

Təkcə Spinoza, Eynşteyn, Bor, Freyd kimi dahi alimləri, Gerşvin, Mendelson, Şuman kimi böyük bəstəkarları, Kafka, Babel, Selincer. Artur Miller kimi görkəmli yazıçıları xatırlamaq yetər.

www.israelnationalnews.com
XS
SM
MD
LG