Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 04:14

Kipr rəhbərliyi danışıqların çətin mərhələdə olduğunu deyir

 Nicos Anastasiades
Nicos Anastasiades
Kipr hökuməti ölkəyə təcili kredit verilməsi ilə bağlı danışıqların çox çətin mərhələdə olduğunu deyir.

Kipr prezidenti Nicos Anastasiadis Avropa Birliyi və Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüşmək üçün Brüsselə yollanıb.

Kipr parlamenti bu günlərdə əmanətlərə verki tətbiq edilməsi ilə bağlı kreditçilərin dəstəklədiyi planı rədd edib.
Ölkə bu planın əvəzində 10 milyard avro təcili kredit almalı idi.

Avropa Mərkəzi Bankı xəbərdarlıq edib ki, əgər bazar ertəsinədək bütün tərəfləri qane edən qərar qəbul edilməsə Kipr banklarına təcili maliyyə yardımını dayandıracaq.
This item is part of
XS
SM
MD
LG