Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

ABŞ Dövlət katibi Bağdada gedib


John Kerry
John Kerry
ABŞ Dövlət katibi John Kerry İraqa gedib.

Səfərdə əsas məqsəd İraq liderlərinin Suriya münaqişəsinin həllində daha fəal iştirakına nail olmaqdır.

ABŞ rəsmilərinin sözlərinə görə Kerry İraq hakimiyyətini Suriyaya uçan İran təyyarələrinin ölkənin hava hüdudundan istifadə etməsinə imkan verməməyə çağırmaq fikrindədir.

ABŞ İranı Suriya rejiminə silah göndərməkdə günahlandırır.
Tehran isə bu uçuşlarla Suriyaya hümanitar yardım çatdırıldığını deyir.

Dövlət katibi səfər zamanı İraqda demokratik islahatlar aparılmasını da müzakirə etmək fikrindədir.
XS
SM
MD
LG