Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:20

Pervez Musharraf 4 illik mühacirətdən sonra Pakistana qayıdıb


Pervez Musharraf (Arxiv foto)
Pervez Musharraf (Arxiv foto)
-
Pakistanın keçmiş prezidenti Pervez Musharraf martın 24-də 4 illik fasilədən sonra vətəni Pakistana qayıdıb.

Onun Karaçi şəhərinə enən təyyarəsini silahlı cangüdənlər qarşılayıb.

Şəhərdəki tədbirlərin çoxu bu səfərə görə təxirə salınıb.

Təyyarədə çəkdirdiyi şəklini Twitterdə izləyiciləri ilə paylaşan keçmiş prezident yazıb ki, ana vətəninə getmək üçün təyyarədə öz yerini alıb: «Birinci Pakistandır!».
BBC-nin verdiyi məlumata görə, Pervez Musharraf qeyd edib ki, taliblər bundan əvvəl də dəfələrlə onun həyatına sui-qəsd törədiblər, lakin bu dəvə o əlavə təhlükəsizlik tədbirləri görməyə hazırdır. Keçmiş Prezidenti partiyasının Böyük Britaniyadan, Kanada və ABŞ-dan üzvlərinin də daxil olduğu 200-dən çox təfərdarı və jurnalistlər izləyir.
Pervez Musharraf mayda keçiriləcək parlament seçkilərdə 2010-cu ildə yaratdığı İslam Birliyi Partiyası ilə iştirak etmək niyyətindədir.
XS
SM
MD
LG