Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:55

Bosco Ntaganda Haaqa məhkəməsinə təslim olur


Beynəlxaq axtarışda olan Bosco Ntaganda
Beynəlxaq axtarışda olan Bosco Ntaganda
Konqo üsyançılarının keçmiş lideri Bosco Ntaganda könüllü olaraq təslim olduqdan sonra Haaqa məhkəməsinin təcridxanasında saxlanılır.

O 2002-2003-cü illərdə Konqo müharibəsi zamanı hərbi cinayətkarlıq, qətllər, zorlama və azyaşlı uşaqları döyüşə cəlb etməkdə ittiham olunur.

Ntaganda könüllü Haaqa məhkəməsinə tabe olan ilk adamdır. O, bazar ertəsi Ruandadakı ABŞ səfirliyinə gələrək belə qərara gəldiyini deyib.

40 yaşlı Nataganda Konqonun şərqindəki Kivi əyalətində fəaliyyət göstərən hərbi birləşmənin komandanı olub.

O Ruanda vətənpərvərlər ordusunun üzvü və Konqo azadlıq qüvvələri baş qərərgah rəisinin müavini olub.
XS
SM
MD
LG