Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:13

Demokratiyaya Yardım Fonduna 10 min manat yığılıb


-
İndiyə qədər Demokratiyaya Yardım Fonduna 10 min manata yaxın ianə toplanıb.

Bu barədə AzadlıqRadiosuna Fonddan məlumat verilib.

Bayram günləri ilə əlaqədar ianə toplanması müvəqqəti dayanıb.

Demokratiyaya Yardım Fondunu bir sıra vətəndaş cəmiyyəti nümayəndələri martın 4-də təsis ediblər.

Bu kampaniyanın məqsədi həm aksiyalarda cərimələnənlərin üzərinə düşən yükü paylaşdırmaq, həm də «Azərbaycan saatı» verilişinin fəaliyyətinin sürdürməsinə yardım etməkdir.

İanələrin toplanması üçün Bakıda 6 ünvan müəyyənləşdirilib. Hər ünvana bir-neçə qutu qoyulub.

26 yanvar və 10 mart aksiyalarında cərimələnənlərin əksəriyyəti hələ də cərimələrini ödəyə bilməyiblər.

Sonuncu aksiya zamanı 19 nəfər 300 manatdan 600 manata qədər cərimə olunub.
XS
SM
MD
LG