Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 16:04

Gürcüstanın Poti limanında tətildir

Foto arxiv
Foto arxiv
Gürcüstanın Poti limanında “APM Terminals” şirkətinin 300-dək işçisi xəbərdarlıq tətili keçirir.

İşçilər əmək şəraitinin yaxşılaşdırılması və maaş problemlərinin yoluna qoyulmasını tələb edirlər.
Bu barədə İnterfaks agentliyi xəbər verir.

Liman həmkarlar ittifaqının sədri Goca Ceminavanın sözlərinə görə, şirkət rəhbərliyi tələblərin yerinə yetiriləcəyini vəd edib.

Ötən ilin sonunda da Poti limanında maaşların artırılması və əmək şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyası keçirilmişdi.
Şirkət rəhbərliyi həmin vaxt da tələblərin yerinə yetiriləcəyini vəd etdikdən sonra aksiya dayandırılıdı.
This item is part of
XS
SM
MD
LG