Keçid linkləri

2026, 28 İyul, çərşənbə axşamı, Bakı vaxtı 06:49

Suriyadan İraqa hər gün 8 min adam qaçır

BMT elçisi Martin Kobler deyib ki, Suriyadakı zorakılığın İraqa keçə bilməsinin real təhlükəsi var.

Onun sözlərinə görə, hər gün Suriyadan İraqa 8 min adam qaçır.
İraqda hazırda 120 min suriyalı var. Kobler bildirib ki, İraqdakı heç bir dini, etnik və ya sosial qrupun Suriyadakı hadisələrdə əli yoxdur.

Kobler deyib ki, Suriya zorakılığının İraqa keçməsi İraqdakı vəziyyəti gərginləşdirəcək. Koblerin sözlərinə görə, onsuz da İraqda noyabrdan fevrala kimi müxtəlif zorakılıq hadisələrində 1300 adam ölüb.
This item is part of
XS
SM
MD
LG