Keçid linkləri

2024, 29 May, çərşənbə, Bakı vaxtı 00:20

Mingəçevir-Yevlax yolunda zəncirvari qəza olub, 3 nəfər ölüb


Mingəçevir-Yevlax avtomobil yolunda zəncirvari avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə martın 21-də günorta saatlarında Yevlax rayonunun Gülövşə kəndi ərazisində qeydə alınıb.

Yolda hərəkətdə olan 3 «VAZ» markalı minik avtomobili «KamAZ» markalı yük maşını toqquşub.

Hadisə nəticəsində 3 nəfər vəfat edib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
XS
SM
MD
LG