Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:02

Novruz münasibətilə velosiped turu olacaq


-
Martın 22-si saat 3-də Bakıda Novruz bayramı münasibətilə «Velotur» Yaşıl Velosipedçilər Klubu (YVK) şəhəriçi velotur təşkil edəcək.

Bu barədə AzadlıqRadiosuna YVK-nın tura məsul nümayəndəsi Hüseyn Paşayev məlumat verib. O deyir ki, turun məqsədi velosiped həvəskarlarını qış yuxusundan oyatmaqdır:

«Yazın gəlişini Novruz turu ilə qarşılayacağıq. Məncə, qışdan sonrakı passivliyi aradan qaldırmaq lazımdır. 14 km-lik turda cəmi bir yoxuş olacaq. Elə marşrut seçmişik ki, düz yol olsun. Çoxdan velosiped sürməyənlərə əziyyət olmasın. Velosiped sürməyi bacaran və tura qoşulmaq istəyənlər «Facebook»da yaratdığımız «Novruz» veloturu səhifəsində qeydiyyatdan keçə bilərlər».
XS
SM
MD
LG