Keçid linkləri

2026, 23 Oktyabr, cümə, Bakı vaxtı 19:51

DİN Rəhim Qazıyevin saxlanmasına aydınlıq gətirib

Rəhim Qazıyev
Rəhim Qazıyev
Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş müdafiə naziri Rəhim Qazıyevin saxlanılmasına aydınlıq gətirib.

DİN-in mətbuat xidmətindən “Trend”ə verilən məlumata görə, axtarışda olan silahlı cinayətkarı tutmaq üçün keçirilən əməliyyat zamanı Rəhim Qazıyev polislərə etirazını bildirib.
O polis əməkdaşlarına qarşı zorakılıq göstərdiyindən saxlanılıb və müvafiq hüquqi prosedurlardan sonra buraxılıb.

Qeyd edək ki, Rəhim Qazıyev dünən saxlanıb.
This item is part of
XS
SM
MD
LG