Keçid linkləri

2026, 18 İyun, cümə axşamı, Bakı vaxtı 06:33

Obama İsrailə gedib

Benjamin Netanyahu və Barack Obama
Benjamin Netanyahu və Barack Obama
ABŞ prezidenti Barack Obama Yaxın Şərqə səfəri çərçivəsində bu gün İsrailə gedib.

Onun baş nazir Benjamin Netanyahu və prezident Shimon Pereslə aparacağı danışıqlarda əsasən İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət, Suriya, Misir və Fələstin məsələləri müzakirə olunacaq.

Milli təhlükəsizlik müşavirinin müavini Benjamin Rodos jurnalistlərə bildirib ki, Obama elə bir konkret təkliflə gəlmədiyindən səfərdən konkret nəticələr gözləmək olmaz.

Barack Obama həmçinin Fələstin prezidenti Mahmud Abbasla görüşmək üçün martın 21-də İordan Çayının Qərb sahilinə gedəcək.

Bundan sonra o İordaniyaya yollanacaq, kral Abdulla ilə Suriyadakı vəziyyəti müzakirə edəcək.
This item is part of
XS
SM
MD
LG