Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:42

ABŞ Əfqanıstanda ədalətli seçkinin tərəfdarıdır


Susan Rice
Susan Rice
ABŞ bəyan edib ki, 2014-cü ildə Əfqanıstanda ədalətli prezident seçkisi ölkəyə beynəlxalq yardımın davam edilməsində əsas şərt olacaq.

ABŞ-ın BMT-ki daimi nümayəndəsi Susan Rise təhlükəsizlik şurasının iclasında çıxış edərkən bildirib ki, yeni Əfqanıstan prezidenti xalq tərəfindən legitim qəbul edilməlidir.

BMT-nin baş katibi Ban Kİ Moon isə Əfqanıstanda xalq fəal iştirak etməlidir .
Onun sözlərinə görə, ölkədə xalqın geniş dəstəkləyəcəyi keçid dövrünə yalnız bu yolla qədəm qoymaq olar.

Bu bəyantlar Əfqanıstan prezidenti Hamid Karzai ilə ABŞ arasında münasibətlərin kəskinləşməsi fonunda verilir.

Əfqanıstanda növbəti prezident seçkisi 2014-cü ilin aprelində keçiriləcək.

Karzai növbəti müddət uğrunda mübarizə aparmayacağını deyir.
Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri 2014-cü ilədək ölkəni tərk etməlidir.
XS
SM
MD
LG