Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:28

Genosid, ya insanlıq əleyhinə cinayət?


Bosnia-Herzegovina -- Ramiza Gurdic, survivor of the 1995 massacre in the Eastern-Bosnian town of Srebrenica, cries in Sarajevo, 12Dec2012
Bosnia-Herzegovina -- Ramiza Gurdic, survivor of the 1995 massacre in the Eastern-Bosnian town of Srebrenica, cries in Sarajevo, 12Dec2012
Hansı halda kütləvi insan qətllərinə qırğın, hüquqi dildə insanlıq əleyhinə cinayət deyirik, hansı halda genosid? Adi insanlar üçün böyük əhəmiyyət kəsb etməsə də, bu sual beynəlxalq hüquqda mühüm məsələlərdən sayılır. İkinci dünya savaşından sonra Faşist Almaniyasının süquta uğraması və nazi liderləri üzərində keçirilən məşhur Nürnbeq prosesindən bəri bu sual hələ də mübahisələr doğurur. Bu məsələ ilə bağlı kitab yazan London Universiti Kollecində beynəlxalq hüquq professoru olan Philippe Sands AzadlıqRadiosuna müsahibəində mübahisəyə aydınlıq gətirməyə çalışır.


GENOSİD VƏ İNSANLIAQ ƏLEYHİNƏ CİNAYƏTİN AÇMASI

Phillipe Sands deyir ki, "İnsanlıq əleyhinə cinayət və genosid konseptləri arasındakı bəsit fərq budur: İnsanlıq əleyhinə cinayət deyəndə fərdlərin kütləvi sayda qətllərini nəzərdə tuturuq. Sistematik, davamlı, kütləvi qətllər varsa insanlıq əleyhinə cinayətdir.

Genosidə yanaşma isə fərqlidir. Genosid deyəndə təkcə insanların kütləvi qətlini əzərdə tutmuruq, həm də bütöv qrupların məhvi nəzərdə tutulur. Başqa sözlə, məhz hər hansı bir qrupa aid olduğu üçün öldürülən çoxlu sayda insanların qətli. Bu baxımdan iki konseptin fərqli amacları var. Birinin məqsədi fərdləri qorumaqdır, digərinin amacı qrupları."


BÜTÜN QIRĞINLAR GENOSİDDİRMİ?

Sands deyir ki, genosid termininin tərəfdarlarının iddiasına görə, insanları sadəcə infərd olduqlarına görə toplu halda öldürmürlər. Onları sırf hansısa dini, irqi, ya milli qrupa aid olduqlarına görə qırırlar. İnsanlıq əleyhinə cinayət terminin tərəfdarları isə inanırlar ki, insanları sırf hansısa qrupa aid olduqlarına görə yox, bir fərd kimi qəbul edib - qorumaq lazımdır və ancaq bu yolla kütləvi qətllərin qarşısını almaq olar.

Sands əlavə edir ki, bu iki terminin bir-birinə sanki qarşı olmasına baxmayaraq 1998-ci ildə Romada Beynəlxalq Cinayətlər Məhkəməsini quranda ağır cinayətlər arasında genosidi də, insanlıq əleyhinə cinayəti də saldılar. Çünki bu cinayətlərə görə məsuliyyət bölgüsündə də fərqlər var.


MƏSULİYYƏT FƏRQİ

İnsanlıq əleyhinə cinayət deyəndə bu cinayəti törədən və törətməyə əmr verən ayrı-ayrı fərdlər məhkəməyə çıxarılır. Günosid ittihamı isə fərqlidir. Burda adətən fərdlər yox, bir qrupun başqa qrupu məhv etməsindən söhbət gedir. Bu üzdən qurban olan qrup gərək sübut eləsin ki, genosid törətməkdə ittiham elədiyi şəxslər bunu sırf fərdi istəkləri ilə həyata keçirməyiblər, bu bir qrupun siyasəti olub. Bundan ötrü qərar verəndə gərək tarixi də, konfliktin və ya cinayətin səbəbləri və keçmişini də diqqətlə araşdırasan.

Sandsin sözlərinə görə, genosid kimi ittihamlar yanlış anlamalara və qruplar arası ədavət kimi fəsadların yaranmasına səbəb ola bilər.


BİTMƏYƏN MÜBAHİSƏ

Professorun fikrincə, istənilən halda bütün kütləvi qətlləri insanlıq əleyhinə cinayət kimi qiymətləndirib, genosid məsələsini tarixçilər və araşdırmaçıların öhdəsinə buraxmaq kimi təkliflər də asan işlər deyil. Çünki bəzən doğrudan da hansısa fərdlər sırf özləri kimi yox, hansısa qrupa məxsus olduğu üçün öldürülür. Və elə yazmaqda olduğu kitabda da bu mübahisənin qalibi olmayacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG