Keçid linkləri

2026, 24 Oktyabr, şənbə, Bakı vaxtı 08:53

Sergei Magnitskynin yaxınları şikayət vermək fikrindədilər

 Sergei Magnitsky
Sergei Magnitsky

Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitsky-nin yaxınları onun ölümü ilə bağlı cinayət işinin dayandırılmasından şikayət vermək fikrindədirlər.

Bunu Magnitskynin anasının vəkili Sergei Gorokhov Rusiya İstintaq Komitəsinin qərarına münasibət bildirərkən deyib.

Komitə istintaq təcridxanasında Sergei Maqnitsky-yə qarşı heç bir təzyiq, fiziki güc, zorakılıq və ya işgəncə tətbiq edilmədiyini və onun ürək tutmasından öldüyünü bildirib.

Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb. Hermitage Capital fondu hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.
This item is part of
XS
SM
MD
LG