Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Rəşad Həsənovun həbs qərarı dəyişilmədi


Rəşad Həsənov maşında Bakı Apelyasiya Məhkəməsinə gələrkən
Rəşad Həsənov maşında Bakı Apelyasiya Məhkəməsinə gələrkən
-
Bakı Apelyasiya Məhkəməsi NİDA-üzvü Rəşad Həsənov barəsində Nəsimi rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəkil Əsabəli Mustafayevin AzadlıqRadiosuna dediyinə görə, müdafiə etdiyi şəxs barəsində 3 aylıq həbs qətimkan tədbirinin dəyişdirilməsini və onun azadlığa buraxılması istəyib, amma onun şikayəti təmin olunmayıb.

Vəkil Əsabəli Mustafayev:

“Biz istəyirdik ki, Rəşad Həsənov barəsində həbs qətimkan tədbiri dəyişdirlsin və o azadlıqğa buraxılsın. Prokurorla müstəntiq dedi qvvədə qalsın, hakim də eyni mövqedən yanaşdı”.

Rəşad Həsənov martın 14-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz silah saxlama, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, maddəsi ilə ittiham irəli sürülüb. Haqqında üç aylıq həbs qətimkan tədbiri seçilib.

Hazırda o, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Bundan əvvəl, martın 7-də NİDA Vətəndaş Hərəkatının 3 üzvü – Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu həbs olunub.

Martın 9-da Milli Təhlükəsizlik Nazirliyi ilə Baş Prokurorluq onlarla bağlı məlumat yayıb.

Həmin məlumatda deyilir ki, gənclər martın 10-da «Fəvvarələr» meydanında etiraz aksiyasında «Molotov kokteyli»ndən istifadə etməyə hazırlaşırmış.

Hərəkatın iki üzvü Üzeyir Məmmədli ilə Aygün Pəncəliyeva iki gündür Baş Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsində çağırılır. Üzeyir Məmmədli hazırda idarədə dindirilməkdədir. Aygün Pəncəliyevanın bir qədər sonra istintaqa gedəcəyi gözlənilir.

«N!DA» Vətəndaş Hərəkatı isə üzvlərinin həbsini siyasi sifariş hesab edir.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG