Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:38

Kür daşqınları ilə bağlı 86 nəfərin iddiası təmin olunub



2010-cu ilin Kür daşqınları ilə bağlı Fövqəladə Hallar Nazirliyini məhkəməyə verən 200 iddiaçıdan indiyə qədər 86-nın problemi öz həllini tapıb.

Bu barədə martın 19-da zərərçəkənlərin hüquqlarını müdafiə edən «Kür» vətəndaş qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, onların bəzilərinin problemi həll olunduğundan, məhkəmə prosesindən əvvəl iddialarını geri götürüb, digərlərinin isə iddiasını məhkəmə təmin edib.

Hazırda 114 nəfərin iddiası Şirvan İnzibatı İqtisad Məhkəməsinin, 2 nəfərin şikayəti də Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır.

2010-cu ilin yazında baş vermiş Kür daşqınlarının nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsindən 400 milyon manatdan artıq vəsait xərclənib.

Vəsaitlərin xərclənmə səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.

Yerli sakinlər və vətəndaş cəmiyyəti qurumları vəsaitlərin xərclənməsində korrupsiya hallarına və vətəndaşlar arasında ayrı-seçkiliyə yol verildiyini bildirirlər.

Nazirlik isə iddiaları qəbul etmir, vəsaitlərin təyinatı üzrə xərcləndiyini bildirir.
XS
SM
MD
LG