Keçid linkləri

2025, 09 İyul, çərşənbə, Bakı vaxtı 14:27

Gəncədə yollar asfaltlanır


Foto: Arxiv
Foto: Arxiv
-
Gəncədə son bir ay ərzində yol və səkilərin asfaltlanmasına 58 min manat xərclənib.

Bu barədə Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin baş mühəndisi Zahid Məmmədov məlumat verib.

Xətai prospektində 2 kilometr uzunluğunda yol asfaltlanır. Üzeyir Hacıbəyov küçələri boyunca isə 1 kilometr 600 metr uzunluğunda yol yenidən salınır.

Zahid Məmmədov deyir ki, bundan başqa yenidən asfaltlanan yollar boyunca səki daşları yenilənib.
XS
SM
MD
LG