Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Milli Parkda ağac kəsənlər cəzalandırıldı


Hirkan Milli Parkının məsul şəxsləri cəzalandırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, buna səbəb Parkın Osaküçə meşəbəyliyinin 8,8a və 10 saylı dolaylarında 17,24 m3 həcmində 254,89 manat köküstə nırx dəyərində 7 ədəd müxtəlif cinsli və diametrli ağacın qanunsuz kəsilməsi faktının aşkarlanmasıdır.

Bu hadisədən əvvəl də Milli Parkın əməkdaşları sözügedən ərazilərdə mühafizə vəziyyətinə baxış keçirən zaman Osaküçə meşəbəyliyinin 10 saylı dolayında 94 ədəd qanunsuz ağac kəsintisi faktı aşkar ediblər. Qanunsuz qırıntıya yol verdiklərində görə cavabdeh şəxslər - Osaküçə meşəbəyliyinin sahə müfəttişi Havif Ağayev işdən azad olunub, 10 saylı dolayın mühafizə yegeri Hüseyn Quliyevə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bundan başqa, Osaküçə meşəbəylinin 8 saylı dolayında 4 ədəd yaşköküstə ağacı qanunsuz kəsdiyinə görə Lənkəran rayon Horavec kənd sakini Pərviz Baxşiyev barəsində akt və protokol tərtib edilərək inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.
XS
SM
MD
LG