Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:13

Polis Novruz bayramı günlərində gücləndirilmiş rejimə keçəcək


Azərbaycan polisi Novruz bayramı günlərində gücləndirilmiş rejimdə çalışacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Novruz bayramı şənlikləri zamanı ictimai asayişin qorunması məqsədi ilə 2013-cü il mart ayının 20-dən 27-dək DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Əmrdə həmçinin bildirilir ki, bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədi ilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin edilməlidir.
XS
SM
MD
LG