Keçid linkləri

2025, 29 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:34

Pakistan hökuməti ilk dəfədir ki,5 illik fəaliyyətini başa vurub


Pakistan hökuməti tarixdə ilk dəfə olaraq konstitusiya ilə ona ayrılan 5 illik fəaliyyəti tam başa vurub.

Amma baş nazir Raja Pervez Ashraf etiraf edib ki, hökumət onun qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirməyib.
O eyni zamanda səlahiyyətlərin növbəti mülki hökumətə verilməsini demokratiyanın böyük qələbəsi adlandırıb.

Baş nazir televiziya ilə xalqa müraciətində qeyd edib ki, ölkədə demokratiya o qədər möhkəmlənib ki, artıq onu heç kim laxlada bilməz.

Pakistan 1947-ci ildə müstəqil olduqdan bəri bu müddətin yarıdan çoxunu ölkəıdə hərbçilər hakimiyyəıtdə olub.
Son 65 il ərzində ölkədə 3 dəfə dövlət çevrilişi olub.
XS
SM
MD
LG