Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:19

Hindistanda isveçrəli turist qadın qrup halında zorlanıb


Foto arxiv
Foto arxiv
Hindistanda isveçrədən olan 39 yaşlı turist qadın ərinin gözü qarşısında qrup halında zorlanıb.

Polisin məlumartına görə,onlar velosipedlə Tac-Mahal mavzoleyinə gedərkən dayanacaqlardan birində 7-8 nəfərin hücumuna məruz qalıblar.

Cinayətkarlar kişinin əl-qolunu bağlayıb qadını zorladıqdan sonra onların pul və telefonlarını götürərək aradan çıxıblar.

Faktla bağlı 8 şübhəli saxlanıb.

Ötən ilin dekabrında tələbə qızın qrup halında zorlanaraq öldürülməsindən sonra ölkədə bu cür hallara son qoyulması tələbi ilə aksiyalar keçirilir.
XS
SM
MD
LG