Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:01

İsmayıllıda həbs olunanların yaxınları Penitensiar Xidmətin idarə rəisi ilə görüşüblər


Foto arxiv
Foto arxiv
-
Martın 16-da Ədliyyə Nazirliyi penitensiar xidmətin idarə rəisi Musa Hümbətov İsmayıllı hadisələri ilə bağlı həbs olunanların yaxınları ilə görüşüb.

O, valideynlərə övladlarının saxlanma şəraitinin normal və hər şeyin qanunauyğun olduğunu bildirib.

Penitensiar xidmətin sözçüsü Mehman Sadıqov görüşün icra başçısının xahişi ilə baş tutduğunu deyib.

Həbsdə olanların yaxınları prezidentə göndərəcəkləri müraciətlə bağlı iki gündür imza kampaniyasına başlayıblar.

Onlar bildirib ki, müraciətlərinə müsbət cavab verilməsə, aclıq aksiyasına başlayacaqlar.

Bu il yanvarın 23-24-də İsmayıllıda etiraz aksiyaları keçirildi və bu keçmiş icra başçısının istefası ilə nəticələndi.

Həmin hadisələrə görə 16 nəfər tutulub. Onlar külli miqdarda əmlakı məhv etmə, kütləvi iğtişaşlar törətmək və polisə müqavimət göstərməkdə ittiham olunurlar.

Bu maddələrin hər birinə görə 2 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulur.
XS
SM
MD
LG