Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:34

Səkkizinci həftənin qalibi: Qubada inəkləri sel apararkən çəkilən video


İnəkləri sel apardı
Gözlə
Embed

No media source currently available

0:00 0:02:29 0:00

İnəkləri sel apardı

-

SimsizTeleqraf müsabiqəmizə jurnalist Dəyanət Azərsoy göndərdiyi bu video ötən həftənin qalibi oldu. Təbii fəlakət - selin inəkləri apardığı zaman çəkilmiş bu video müsabiqənin münsifləri tərəfindən ötən həftənin qalibi seçildi. Qalibi təbrik edirik!

Jurnalist Dəyanət Azərsoy bildirir ki, videonu onun qardaşı çəkib göndərib. Hadisə bu il martın əvvəlində Quba rayonunun Qorxmazoba kəndində Vəlvələ çayının daşması nəticəsində baş verib. Yiyəsi yanlarında olmayan naxır selin səsindən hürkərək özünü çaya vurub. Bu zaman 20-dək heyvanı sel aparıb. Videonu da inəkləri xilas etməyə çalışan kənd sakinlərindən biri (jurnalistin qardaşı) çəkib.20 inək təbii fəlakətin qurbanı olub.


+++++++


«SimsizTeleqraf»da həftəlik müsabiqə davam edir.

Rastına çıxan qaynar hadisələri, maraqlı mənzərələri telefon, fotoaparat, videokamera və s. ilə çək bizə göndər, fotoaparat hədiyyən olsun.

Gecikmə, həftəyə yalnız bir qalib var, bir də fotoaparat!


Video və fotolarınızı müsabiqəyə göndərərkən, MÜTLƏQ E-MAİL ÜNVANINIZI, YAXUD TELEFONUNUZ da əlavə edin.
Biz bunları saytda istifadə etməyəcəyik. Amma qalib gələrsəniz, Sizinlə geri əlaqə saxlayıb videokameranızı təqdim edə bilməyimiz üçün e-mail, ya da telefonunuz lazım olacaq.

MÜSABİQƏ ÜÇÜN GÖNDƏRİLƏN BAŞQA FOTOLAR VƏ VİDEOLARLA BURADA TANIŞ OL.
XS
SM
MD
LG