Əfqanıstanın Vardak əyalətindən olan yüzlərlə sakin ABŞ xüsusi təyinatlı qüvvələrinin əyalətdə iştirakına etiraz olaraq Kabildə, parlamentin binası qarşısında etiraz aksiyası keçiriblər.
Polisin məlumatına görə aksiyada 200-500 arası adam iştirak edib.
Onlar ABŞ qüvvələri tərəfindən saxlanan 9 yerli sakinin azad edilməsini tələb edirlər.
ABŞ rəsmiləri isə reyd zamanı itkin düşmüş 9 nəfərdən yalnız 4-nün saxlanıldığını deyirlər.
Əfqanıstan prezidenti Hamid Karzai ötən ay ABŞ xüsusi təyinatlı qüvvələrinin Vardak əyalətini tərk etməsini göstərilş verib.
Karzai onları qətl və insanların yoxa çıxmasında ittiham edir.
Amma prezident əyalətin təhlükəsizliyinin təmin edilməsi üçün ABŞ komandanlığına əlavə vaxt vermək razılığına gəlib.