Keçid linkləri

2026, 12 İyun, cümə, Bakı vaxtı 16:02

Suriya rejimi üsyançılara qarşı kaset bombalardan istifadə edir

Foto arxiv
Foto arxiv
Suriya rejimi müxalifət qüvvələri ilə döyüşlərdə kaset bombalardan istifadəni artırır.

Human Rights Watch təşkilatının yeni hesabatında belə deyilir.

Döyüş meydanlarında aparılan istintaq və həvəskar çəkilişlərə əsaslanan hesabatda son 6 ay ərzində bütün ölkə boyu 100-dən çox yerə, azı 156 belə bomba düşdüyü bildirilir.

Qeyd edək ki, bir çox ölkələrdə bu cür bombaların tətbiqi qadağan edilib.

Suriyanın müxalifət qüvvələri iki ildir ki, prezident Bashar Assad rejiminə qarşı silahlı mübarizə aparırlar.

BMT bu müddət ərzində azı 70 min adamın ödüyünü, 4 milyon nəfərin isə qaçqın və köçkün düşdüyünü bildirir.
This item is part of
XS
SM
MD
LG